USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putindən taxıl dəhlizi bəyanatı

14.06.2023 İqtisadiyyat
11 2
“Biz inkişaf etməkdə olan ölkələri dəstəkləmək və kənd təsərrüfatı sektorumuza qoyulan embarqonu aradan qaldırmaq üçün sazişə daxil olduq”, - deyə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Kommersant.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kreml sarayında rusiyalı müharibə müxbirlərinin Ukraynadakı vəziyyətlə bağlı suallarını cavablandırıb.

Ukraynanın müttəfiqlərinin dəstəyi ilə əks-hücuma keçdiyi bir vaxtda ordusunun çatışmazlıqlarını təəccüblü şəkildə etiraf edən Putin taxılın çıxışına verilən icazədən də danışıb.

Rusiya prezidenti Putin Rusiyanın taxılının çıxışına icazə verilməsə də, Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasını Ukraynanın xeyrinə deyil, Afrika və Latın Amerikasının dost ölkələri üçün etdiklərini bildirib.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl dəhlizi razılaşmasından çıxmağı düşündüyünü ifadə edən Putin, “Biz inkişaf etməkdə olan ölkələri dəstəkləmək və kənd təsərrüfatı sektorumuza qoyulan embarqonu aradan qaldırmaq üçün razılaşmaya girdik. Yenə də bizi aldatdılar. Hazırda biz bu sazişdən çıxmağı düşünürük".

  • Əvvəlki

    Avropada əhalinin 22 faizi yoxsulluq riski altındadır

Digər xəbərlər

08.05.2024 İqtisadiyyat
Lirə ucuzlaşıb
0 0