USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanda defilyasiya yox, infilyasiya gedir” - Ekspert

14.06.2023 İqtisadiyyat
9 2
"Düşünmürəm ki, ölkədə defilyasiya var, əksinə, son dövrlərdə ölkədə infilyasiya gedir”.

Kommersant.az xəbər verir ki, bu sözləri bank məslələri üzrə ekspert Əkrəm Həsənov Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəriciləri şərh edərkən deyib. İqtisadçı bildirib ki, Mərkəzi Bank bütün statistik rəqəmləri Statistika Komitəsindən götürür, onların göstəriciləri isə düz olmur: “Biz bir neçə gün bundan əvvəl Mərkəzi Bankın rəhbəri Taleh Kazımovla görüşdə bir neçə ekspert bildirdi ki, Statistika Komitəsinin rəqəmləri etimad doğrultmur. Yəni bu rəqəmlər mübahisəli məsələdir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Qeyd edilir ki, 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.6 faiz təşkil edib. 2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb, əvvəlki ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.