USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklara olan borc bir ildə 82% artıb

15.06.2023 İqtisadiyyat
17 7
Gündən-günə yaşayış bahalaşması, alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində vətəndaşın banklara olan borcu havaya qalxıb. 2022-ci ilin iyun - 2023-cü ilin iyun ayları arasında istehlak kreditləri və kredit kartı xərclərinin ümumi məbləği 82,5 faiz artaraq 1 trilyon 143 milyard lirədən 2 trilyon 87 milyard lirəyə yüksəlib.

Kommersant.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) məlumatlarına görə, vətəndaşların banklardan istifadə etdiyi istehlak kreditlərinin məbləği son bir ildə təxminən 500 milyard lirə artaraq 878 milyard lirədən 1 trilyon 366 milyard lirəyə yüksəlib. BDDK-nın 2023-cü ilin iyun ayının ilk həftəsindəki məlumatlarına görə, son bir ildə kreditlərdə ən yüksək artım yüzdə 275 ilə nəqliyyat vasitəsi kreditlərində qeydə alınıb. 2022-ci ilin iyunu ilə 2023-cü ilin iyun ayları arasında banklardan istifadə edilən istehlak kreditlərinin ümumi məbləği 521 milyard lirədən 851 milyard lirəyə yüksəldi. Mənzil kreditləri yüzdə 29,6 artaraq 334 milyard lirədən 434 milyard lirəyə, nəqliyyat vasitəsi kreditləri isə 21 milyard lirədən 80 milyard lirəyə yüksəlib. Pərakəndə kredit kartı xərcləri yüzdə 172 artaraq 265 milyard lirədən 721 milyard lirəyə yüksəlib.

  • Əvvəlki

    Azərbaycan Prezidenti: Güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır

Digər xəbərlər