USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankından Türkiyəyə 1 milyard dollar maliyyə

03.07.2023 İqtisadiyyat
2 29
Dünya Bankı Türkiyəyə 1 milyard dollar maliyyələşdirməni təsdiqləyib. Bildirilib ki, təsdiq edilmiş maliyyə vəsaiti 6 fevral zəlzələləri zamanı bölgədə baş vermiş dağıntıların aradan qaldırılması və yenidənqurma işlərinin təmin edilməsinə yönəldiləcək.

Kommersant.az xəbər verir ki, “Layihə mikro, kiçik və orta müəssisələr üzərində likvidlik təzyiqlərini azaltmaq, onlara öz fəaliyyətlərini yenidən başlatmağa kömək etmək və işçilərin yenidən işə götürülməsi və ya təsirə məruz qalan ərazini tərk etmiş işçilərin dəyişdirilməsi yolu ilə onların məşğulluğunu tədricən zəlzələdən əvvəlki səviyyəyə çatdırmaq məqsədi daşıyır”, - deyə Dünya Bankı bildirib.

Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez, “Bu müəssisələr istehsal, ixrac və məşğulluq baxımından Türkiyə iqtisadiyyatına əhəmiyyətli töhfələr verir".

  • Əvvəlki

    Vaqnerin 1,2 milyard dollarlıq “kölgə iqtisadiyyatı”

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0