ABŞ-ın qiymətli kağızlar üzrə tənzimləyicisi SEC, spot Bitcoin ETF-lər üçün müraciətlərin qənaətbəxş olmadığını açıqladı.
Kommersant.az xəbər verir ki, Qiymətli Kağızlar və Birja Komissiyasının BlackRock və Fidelity-dən son ETF sənədlərinin qeyri-qənaətbəxş olduğunu deməsindən sonra Bitcoin cümə günü 5 faizə qədər ucuzlaşıb. Belə ki, 31 min dolların üzərində olan bitkoin 29 min 500 dollara düşüb.
BlackRock-un Bitcoin ETF üçün müraciətindən sonra kriptovalyuta bazarında kəskin artım qeydə alınıb. Bitcoin 26 min 400 dollardan qalxaraq 31 min dolları keçib.
Bununla da Bitcoin apreldən bəri ilk dəfə 30.000 dolları ötüb. BlackRock fondunun aktiv mühafizəçisi kimi siyahıya alınan Coinbase-in səhmləri də eyni dövrdə 30 faizdən çox artıb.