USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın taxıl rezervi tükənir

08.08.2023 İqtisadiyyat
11 10
Həddindən artıq isti havanın geniş coğrafi əraziyə yayılması taxıl istehsalını riskə atır. Aparıcı ixracatçıların buğda ehtiyatının son 16 ilin ən aşağı səviyyəsinə enəcəyi gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bazarda əsas rol oynayan Rusiyanın ixracatına ümid etmək olmaz.

Quraqlıq dünyanın ən böyük taxıl və yağlı bitki istehsalçılarını narahat edib. Avropa və Avstraliya istehsal gözləntilərini aşağı salır. ABŞ-da qarğıdalı tarlada qovrulur. Avropa, ABŞ, Kanada, Avstraliya və Çində də məhsulun azalması Rusiyanın “Qara dəniz taxıl dəhlizi”nə daxil edilməməsi kimi faktorlar taxılın, xüsusən də buğdanın bahalaşmasında özünü göstərir.

Xüsusilə buğda idxal edən ölkələr üçün çətin prosesə səbəb olacağı xəbərdarlığı edilir. 7 ən böyük ixracatçıda buğda ehtiyatı son 16 ilin ən aşağı səviyyəsindədir Çikaqoda buğda fyuçersləri buşeli 6,50 dollar, soya 14,40 dollar, qarğıdalı isə 5 dollar ətrafında satılır. Qiymətlər ötən ayla müqayisədə zəif olsa da, Ukrayna limanlarına hava hücumları və böyük istehsalçılarda məhsuldarlığı azaldan pis hava şəraiti səbəbindən yüksəliş siqnalları verməyə başladılar. Quraqlığın əsas ixracatçıların qlobal buğda ehtiyatlarını on ildən çox müddətdə ən aşağı səviyyələrə çəkəcəyi gözlənilir. Yeddi əsas ixracatçı üçün ABŞ-ın buğda ehtiyatları və məhsul istifadəsi ilə bağlı proqnozları 2023-24-cü illərdə ehtiyatların səviyyəsinin son 16 ilin ən aşağı səviyyəsinə düşəcəyini göstərir. Rusiya, ABŞ və Aİ istisna olmaqla, bu nisbət 1960-cı ildən bəri ən aşağı səviyyəyə enir və bu, Avstraliya, Kanada və Argentina kimi əsas yükgöndərənlər üçün vəziyyətin ciddiliyini ortaya qoyur.