USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda vergi daxilolmaları 38 faiz artıb

08.08.2023 İqtisadiyyat
26 11
Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.

Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, 2023-cü ilin 7 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 90,7 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38 faiz və ya 25 milyon manat çoxdur.

Qeyd edilib ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə, 46,4 faiz və ya 28,1 milyon manat artıb.

Əlavə edilib ki, bu ilin iyul ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 49,1 faiz və ya 4,9 milyon manat artım qeydə alınıb.

  • Əvvəlki

    Dünyanın taxıl rezervi tükənir

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0