USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyinin rəsmisi BVF-da yüksək vəzifəyə təyin olundu

25.09.2023 İqtisadiyyat
0 0
Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorunun müşaviri təyin olunub.

Kommersant.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Bu gündən fəaliyyətimi ABŞ-ın paytaxtı Vaşinqtonda - IMF-in İcraçı Direktorunun müşaviri kimi davam etdirərək Fondun İdarə Heyətində (IH) Azərbaycanı təmsil edəcəyəm. BMT sisteminə daxil olan və 190 üzv ölkəni əhatə edən bu qlobal təşkilatın əsas məqsədi dünyada dayanıqlı artımın, iqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldilən siyasətlərin təşviq olunmasıdır. İnanıram ki, yeni missiyam Fondda ölkəmizin maraqlarını layiqincə təmin etməyimə və Azərbaycanda aparılan iqtisadi islahatlara daha çox töhfə verməyimə imkan yaradacaq. Digər tərəfdən də, IMF-in İH-nə qoşulmaqla qlobal qərarvermə prosesinin iştirakçısı kimi dünya iqtisadiyyatında sabitliyin və dayanıqlı artımın təmin olunmasına töhfə vermək olduqca maraqlı təcrübə olacaq", - deyə R.Həsənov qeyd edib.

  • Əvvəlki

    Bu şəxslərə 600 manat birdəfəlik müavinət verilir

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0