USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya enerji ixracına qoyulan qadağanı ləğv etməyə hazırlaşır

04.10.2023 İqtisadiyyat
0 0
Rusiya neft şirkətləri Putindən dizel və benzin ixracına qoyulan qadağanın ləğvini tələb edəcək.

Rusiya dizel yanacağının boru kəməri ilə ixracına qoyulan qadağanı ləğv etməyə hazırlaşır.

“Kommersant” qəzetinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, qadağa yalnız dizel yanacağının boru kəməri ilə ixracı üçün götürüləcək və topdansatış qiymətlərində artımın qarşısını almaq üçün həcmlərə kvota tətbiq oluna bilər. Benzinin ixracına qoyulan qadağa hələlik qüvvədə qalacaq.

Digər tərəfdən, Rusiya neft şirkətləri daxili bazarda problem yarada biləcəyini əsas gətirərək, prezident Vladimir Putindən dizel və benzinin ixracına qoyulan qadağanın qaldırılmasını tələb etməyi planlaşdırır.

Neft şirkətləri narahatdır ki, yay dizelini göndərə bilməyən neft emalı zavodlarının qış dizeli üçün kifayət qədər anbarı olmayacaq və tezliklə istehsala başlayacaq. Keçmişdə qış dizel yanacağı qıtlığı qiymətləri qeyri-adi dərəcədə yüksək həddə çatdırıb.