USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-dən 36 min gəncə pulsuz qatar biletləri

04.10.2023 İqtisadiyyat
0 0
Avropa Birliyi (AB) Türkiyə də daxil olmaqla bir çox ölkədə yaşayan 2005-ci il təvəllüdlü 36 min gəncə Avropada pulsuz səyahət edə bilmələri üçün bilet verəcək. ​

AB Komissiyasından verilən açıqlamaya görə, AB-nin "DiscoverEU" proqramı çərçivəsində 18 yaşdan yuxarı 36 min gənc internet üzərindən bir neçə suala cavab verərək bu fürsəti əldə etmək şansı qazanacaq.

Müraciətlər bu gündən oktyabrın 18-dək Avropa Gənclər Portalında bu məqsədlə hazırlanmış səhifədə edilə bilər.

Avropa İttifaqı ölkələri ilə yanaşı Erasmus+ proqramına daxil olan İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədən olan gənclər Avropa Gənclər Portalında sualları cavablandıraraq pulsuz qatar biletləri qazana biləcəklər.

Pulsuz səyahət əldə edən gənclər 1 mart 2024-cü il və 31 may 2025-ci il tarixləri arasında biletlərindən maksimum 30 gün istifadə edə biləcəklər.`a