USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Microsoft-a təxminən 29 milyard dollar əlavə vergi

12.10.2023 İqtisadiyyat
0 0
Microsoft, ABŞ Daxili Gəlir Xidmətindən (IRS) 28,9 milyard dollar əlavə vergi ödəməsi üçün bildiriş aldığını açıqlayıb.

Microsoft ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 2004-2013 vergi dövrü üçün IRS-dən bildiriş aldığını elan etdi.

Açıqlamada bildirişin şirkətin mənfəətini müxtəlif ölkələr və bölgələr arasında necə bölüşdürdüyünü yoxlamaq üçün IRS ilə davam edən mübahisə ilə bağlı olduğu və bu çərçivədə IRS-in Microsoft-dan əlavə vergi ödəməsini tələb etdiyi qeyd edilib.

Açıqlamada Microsoft-un IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilib.

Açıqlamada Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb və 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib.

Açıqlamada, şirkətin 30 Sentyabr tarixinə gəlir vergisi ehtiyatlarının kifayət qədər olduğu vurğulanıb.