USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO

12.10.2023 Siyasət
0 0
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.

Kommersant.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.

Qeyd edək ki, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.