USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdırır

21.11.2023 İqtisadiyyat
0 0
İranın neft naziri Cavad Ovci ölkəsinin gələn il gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağı hədəflədiyini bildirib.

İranın neft naziri Cavad Ovci ölkəsinin neft hasilatı ilə bağlı məlumat verib. Tesnim Xəbər Agentliyinin məlumatına görə, iranlı nazir “Gələn il gündəlik neft hasilatımızı 4 milyon barrelə çatdırmağa çalışırıq” deyib.

Ölkəsinin 163 milyard barrel neft ehtiyatına malik olduğuna diqqət çəkən Ovci, hakimiyyətə gəldikdə neft hasilatının gündəlik 2 milyon 100 min barrel səviyyəsində olduğunu, bu gün isə 3 milyon 400 min barrelə yüksəldiyini bildirib.

Prezident Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra ABŞ İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb.

İran Neft Nazirliyinin statistikasına görə, 2018-ci ilin aprel ayında ABŞ nüvə sazişindən çıxmazdan əvvəl gündəlik 3,8 milyon barel xam neft və kondensat hasil edən Tehran bu məbləğin 2,8 milyon barrelini ixrac edirdi.

İranın Büdcə və Planlaşdırma Təşkilatının prezidenti Davud Menzur avqustun 13-də verdiyi açıqlamada ölkəsinin gündəlik neft ixracının 1 milyon 400 min bareli keçdiyini qeyd edib.

  • Əvvəlki

    NeoKart ilə Black Friday ÇOOOOX SƏRFƏLİ olacaq!

Digər xəbərlər

21.05.2024 İqtisadiyyat
ING: ABŞ dolları sabit qalacaq
0 0
21.05.2024 İqtisadiyyat
ABŞ Maliyyə Naziri Yellendən xəbərdarlıq
0 0
21.05.2024 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Manatın məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0