USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xiaomi beş yeni smartfon təqdim etdi

16.01.2024 İqtisadiyyat
0 0
TechRadar: Xiaomi Redmi Note 13 seriyasında yeni smartfonlar buraxıb.

Çinin Xiaomi korporasiyası qlobal bazara Redmi Note 13 smartfonlar seriyasını təqdim edib. Bu barədə TechRadar məlumat yayıb.

Təqdim olunan seriyanın əsas cihazı Redmi Note 13 Pro Plus 5G oldu. Qurğu 120 Hz tezliyə malik 6,67 düymlük OLED displey, MediaTek Dimensity 7200 Ultra prosessoru, 12 giqabayta qədər daxili yaddaş, 200, 8 və 2 meqapikselli linzalı üçlü kamera əldə edib. Cihaz həmçinin 5000 milliamper-saat tutumlu, 120 vatt gücündə sürətli enerji doldurmağı dəstəkləyən akkumulyatorla təchiz edilib.

Jurnalistlərin fikrincə, Redmi Note 13 Pro 5G və Redmi Note 13 Pro birinci modelə çox bənzəyir. Bununla belə, qurğular Snapdragon 7s Gen 2 və MediaTek Helio G99 Ultra çiplərinin olması ilə seçilir. Qadcetlərdə həmçinin 67 vatt sürətli enerji dolduran akkumulyator var.

Redmi Note 13 5G 120 hers tezliyə malik 6,67 düymlük OLED displey, MediaTek Dimensity 6080 prosessoru, 108, 8 və 2 meqapiksellik linzalı kamera və 5000 milliamper-saatlıq batareyaya malikdir. Nəhayət, Redmi Note 13 xəttinin başlanğıc modeli Snapdragon 865 prosessorunda 5G versiyasından fərqlənir.

Xiaomi Redmi Note 13-ün qiyməti 255 dollar, ən bahalı smartfon Redmi Note 13 Pro Plus 5G isə 570 dollar olacaq.