USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB”nin mənfəəti - AZALIB

16.01.2024 Problemli Banklar
0 0
“Bank VTB” (Azərbaycan Filialı) 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın yığılmış zərəri 226 milyon manatdan çoxdur.

Kommersant.az xəbər verir ki, bankın aktivlər cəmi 11 milyon 407 min manat və ya 4.78 faiz artaraq 249 milyon 900 min manata bərabərləşib. Bu artımın əsas səbəbi bankın kredit portfelinin 2022-ci ilin son rübü ilə müqayisədə 17.11 faiz artmasıdır.

“Bank VTB”nin müştərilərinə verdiyi istehlak kreditləri 4 milyon 367 min manat artaraq 78 milyon 800 min manata, biznes kreditləri 14 milyon 365 min manat artaraq 64 milyon 551 min manata, ipoteka kreditləri isə 8 milyon 613 min manat artaraq 47 milyon 769 min manata yüksəlib. Nəticədə bankın müştərilərinə verdiyi kreditlər 187 milyon 120 min manat olub ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 27 milyon 345 min manat və ya 17.11 faiz artaraq 187 milyon 120 min manata artıb.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 297 min manat artıraraq 23 milyon 358 min manat edən “Bank VTB”nin xalis kreditləri 163 milyon 761 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 26 milyon 48 min manat çoxdur.

Hüquqi şəxslər “Bank VTB”dən üz çevirib. Onların depozitləri 2022-ci ilin sonu ilə müqayisədə 7 milyon 13 min manat azalaraq 24 milyon 45 min manata enib. Fiziki şəxslərin əmanətləri isə 1 milyon 512 min manat artaraq 65 milyon 305 min manat a yüksəlib.

“Bank VTB”nin öhdəliklər cəmi 570 min manat artaraq 158 milyon 845 min manata yüksəlib.

Səhmdar kapitalını dəyişdirməyən “Bank VTB”nin yığılmış zərəri azalıb. Belə ki, bankın sözügedən zərəri 10 milyon 608 min manat azalaraq 226 milyon 225 min manata enib. Bankın ümumi ehtiyatları isə 228 min manat artaraq 1 milyon 465 min manata yüksəlib. Buna görə də bankın kapital cəmi 10 milyon 836 min manat artaraq 91 milyon 55 min manata bərabər olub.

Bank VTB

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

249.900

238.493

11.407

Kredit

187.120

159.775

27.345

İstehlak kreditləri

74.800

70.433

4.367

Biznes kreditləri

64.551

50.186

14.365

Daşınmaz əmlak kreditləri

47.769

39.156

8.613

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

23.358

22.061

1.297

Xalis Kreditlər

163.761

137.713

26.048

Cəmi Öhdəliklər

158.845

158.275

570

Depozit

89.351

94.851

-5.500

Fiziki şəxslərin depozitləri

65.305

63.793

1.512

Hüquqi şəxslərin depozitləri

24.045

31.058

-7.013

Cəmi Kapital

91.055

80.219

10.836

Səhmdar kapitalı

315.815

315.815

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərəri

-226.225

-236.833

10.608

Ümumi ehtiyatlar

1.465

1.237

228

“Bank VTB”nin faiz gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 31 min manat artaraq 26 milyon 949 min manata yüksəlib. Bankın faiz xərcləri 933 min manat azalaraq 6 milyon 828 min manata enib. Buna görə də “Bank VTB” 18 milyon 939 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 626 min manat çoxdur.

Qeyri-faiz gəliri 6 milyon 289 min manat azalaraq 8 milyon 23 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 348 min manat azalaraq 23 milyon 360 min manata enib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 1 milyon 685 min manat artaraq 3 milyon 602 min manat olub.

“Bank VTB”nin xalis mənfəəti 1 milyon 296 min manat azalaraq 10 milyon 608 min manata düşüb.

Qeyd edək ki, bankın məcmu kapitalı 10 milyon 44 min manat artaraq 83 milyon 638 min manata bərabərləşib.

Bank VTB

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Faiz Gəliri

26.949

24.918

2.031

Faiz Xərci

6.828

7.761

-933

Xalis Faiz Gəliri/Zərəri

18.939

16.313

2.626

Qeyri-Faiz Gəliri

8.023

14.312

-6.289

Qeyri-Faiz Xərci

23.360

28.708

-5.348

Əməliyyat Mənfəəti (Zərəri)

3.602

1.917

1.685

Xalis Mənfəət (Zərər)

10.608

11.904

-1.296

Məcmu Kapital

83.638

73.594

10.044

  • Əvvəlki

    “Bank VTB”nin əməliyyat mənfəəti artıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0