USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaşa görə aylıq müavinət alanların sayı - AÇIQLANIB

15.03.2024 İqtisadiyyat
0 0
2024-cü ilin fevral ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 147 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, onların 29,1%-ni kişilər, 70,9%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası üzrə yaşa görə aylıq sosial müavinət alanların sayı 142 min nəfərə yaxın olub.

Onların 27,0%-ni kişilər, 73,0%-ni isə qadınlar təşkil edib.