USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

03.04.2024 İqtisadiyyat
0 0
Kriptovalyuta Bitcoin-in qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı dövrdə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər səbəbilə ucuzlaşaraq 65 min dolların altına düşüb.

Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,7 faiz azalaraq 2 trilyon 460 milyard dollara düşüb.

Analitiklər bildirirlər ki, Bitcoin və digər kriptovalyutaların qiymətlərindəki eniş FED-in iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilərin azalması və təqvimlə bağlı qeyri-müəyyənliyin artması ilə bağlıdır.

Son 24 saatda qiyməti 7,4 faizdən çox ucuzlaşan bitkoin, bu gün CET 16,40-a kimi 64 min 712 dollar səviyyəsinə düşüb.

Bitcoin keçən il təxminən 157 faiz dəyər qazandı. Bazar dəyərinə görə 2-ci yerdə olan Ethereum, son 24 saatda dəyərinin yüzdə 10-a yaxınını itirərək 3 min 242 dollar səviyyəsinə düşüb.

Ethereum da 2021-ci ildə 4800 dollardan yuxarı qalxaraq rekord qırdı.

  • Əvvəlki

    Forbes jurnalı ən zəngin insanların siyahısını yenilədi: Elon Musk yerini itirdi

Digər xəbərlər