USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropanın təbii qaz istehlakı 214 milyard kubmetrə qədər azalıb

29.04.2024 İqtisadiyyat
0 0
Avropanın təbii qaz hasilatı yataqlarda davam edən təmir işləri sayəsində keçən il 19 milyard kubmetr azalaraq 214 milyard kubmetrə düşüb.

Regionların hasilatı ilə bağlı məlumatlar Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2024-cü il üçün təbii qaz hesabatında paylaşılıb.

Buna görə qlobal təbii qaz hasilatı keçən il bir əvvəlki ilə görə yüzdə 0,8 artaraq 4,08 trilyon kubmetrə çatıb. Sözügedən dövrdə Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionunda təbii qaz hasilatında artım, Avrasiya və Avropada isə azalma müşahidə olunub.

Avropanın təbii qaz hasilatı ötən il əvvəlki ilə nisbətən 19 milyard kubmetr (8,2 faiz) azalaraq 214 milyard kubmetrə düşüb.

Avropada üç əsas istehsalçı Norveç, Hollandiya və Böyük Britaniyanın hasilatı müvafiq olaraq 7 milyard, 5,5 milyard və 4,6 milyard kubmetr azalıb.

Hesabatda qeyd olunub ki, bu azalma profilaktika işlərinin uzadılması və bəzi yetişmiş qaz yataqlarının bağlanması nəticəsində baş verib.