USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Fələstinlə bağlı bəyanat

29.04.2024 Siyasət
0 0
Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Borrell bəyan edib ki, Aİ-yə üzv olan bir çox dövlət may ayının sonuna qədər Fələstini rəsmən tanıyacaq.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, may ayının sonuna qədər Avropa Birliyinə üzv olan bir çox dövlətin Fələstin dövlətini tanıması gözlənilir.

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Borrell Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi iclası çərçivəsində bəyanatla çıxış edib. Borell açıqlamasında bildirib ki, AB-yə üzv olan bir çox dövlətin Fələstin dövlətini tanıması gözlənilir.

Ötən həftə Brüsseldə keçirilən Aİ Liderlər Zirvə toplantısında 4 ölkə tərəfindən məsələ ilə bağlı birgə bəyanat verilib.

İspaniya, İrlandiya, Sloveniya və Malta liderləri bəyanatda Fələstini 'şərtlər uyğun gələndə' bir dövlət kimi tanımağa hazır olduqlarını bildiriblər.

Borrelin qeyd etdiyi ölkələrin bu 4 ölkə olduğu hesab edilir.