USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyuta bazarının dəyərinə “sövdələşmə” təsiri

12.05.2025 İqtisadiyyat
0 0
ABŞ və Çinin tariflərlə bağlı razılaşmasından sonra qlobal kriptovalyuta bazarının dəyəri 1 faizdən çox artıb.

Coinmarketcap analiz firmasının məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 1,04 faiz artaraq 3,37 trilyon dolları keçib.

Analitiklər bildirirlər ki, ABŞ və Çin arasında gömrük tarifləri ilə bağlı razılaşma investorların risk iştahını artırıb və bu, ən riskli aktivlərdən biri sayılan kriptovalyuta bazarına müsbət təsir göstərir.

ABŞ və Çin arasında bir müddətdir davam edən tarif və ticarət mübahisələrini həll etmək üçün tərəflər həftə sonu İsveçrənin Cenevrə şəhərində bir araya gələrək bəzi maddələr üzərində razılığa gəliblər. Buna uyğun olaraq tərəflər ABŞ-ın Çin mallarına tətbiq etdiyi tarifləri 90 gün ərzində 145 faizdən 30 faizə, Çinin isə eyni müddət ərzində ABŞ mallarına tətbiq etdiyi tarifləri 125 faizdən 10 faizə endirmək barədə razılığa gəliblər.

ABŞ və Çin arasında razılaşmanın açıqlanmasından sonra qiyməti 105 min dolları keçən bitkoin, Türkiyə vaxtı ilə saat 14:00-dan etibarən 104 min 531 dollardan satılır.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum son 24 saatda 1,88 faiz dəyər qazanaraq 2563 dollara yüksəlib.