USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti bahalaşıb

23.08.2025 İqtisadiyyat
0 0
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,25 ABŞ dolları və ya 0,36% artaraq, 69,73 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,32% bahalaşaraq 68,16 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,23 dollar və ya 0,41% artaraq, 56,26 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,1 dollar və ya 0,15% artaraq 68,23 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Rusiya dünyanın ən güclü buzqıran donanmasını işə salmağa hazırlaşır

Digər xəbərlər

22.08.2025 İqtisadiyyat
Alüminium qiymətləri yüksəldi
0 0
22.08.2025 İqtisadiyyat
Avrozonada maaş artımı sürətlənir
0 0