USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosu I yarımildə sərnişin daşımalarından 54 milyon manatdan çox gəlir əldə edib

26.08.2025 İqtisadiyyat
0 0
"Bakı Metropoliteni" QSC bu ilin yanvar-iyun aylarında sərnişin daşımalarından 54,037 milyon manat gəlir əldə edib.

Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,984 milyon manat və ya 22,7% çoxdur.

Hesabat dövründə metropolitenin xidmətlərindən 111,395 milyon nəfər yararlanıb ki, bu da ötən ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 1,800 milyon nəfər və ya 1,6% azalma deməkdir.

  • Əvvəlki

    Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarından gəlirlər artıb

Digər xəbərlər