USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu tələbələrə ayda 350 manat veriləcək

26.08.2025 İqtisadiyyat
0 0
Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb və artıq nəticələr məlumdur. Bu il keçirilən qəbul imtahanlarında 5 mindən çox abituriyent 600-dən çox bal toplayıb. Onlardan bəziləri universitetə qəbul ola bilməyib.

Kommersant.az modern.az-a istinadən xəbər verir ki, bu il də ən yüksək bal toplayan abituyentlərə Prezident təqaüdü veriləcək.

2001-ci ildə imzalanan sərəncama əsasən, Prezident təqaüdü Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbəyə verilir.

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünün məbləği 275 manatdan 350 manata qaldırılıb.

Təqaüdlərin kimlərə verilməsi ilə bağlı hər il sentyabr ayında sərəncam imzalanır.

Qeyd edək ki, Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.