USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Meqa Sığorta”da zərərlik əmsalı yüksəlib

30.09.2025 İqtisadiyyat
0 0
“Meqa Sığorta” ASC-nin 2025-ci ilin ilk 8 ayındakı göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə zəifləyib.

Kommersant.az xəbər verir ki, şirkətin sığorta haqları 24,49 milyon manatdan 22,89 milyon manata enib. Bu, illik müqayisədə təxminən 6,5% azalma deməkdir. Bununla yanaşı, ödənişlər əksinə artıb – 8,69 milyon manatdan 10,51 milyon manata yüksələrək 20,9% çoxalıb.

Belə dinamika nəticəsində şirkətin zərərlilik əmsalı da pisləşib. 2024-cü ilin ilk 8 ayında ödənişlərin yığımlara nisbəti 35,5% olduğu halda, 2025-ci ildə bu göstərici 45,9%-ə qalxıb.

Son bir ildə “Meqa Sığorta” ASC-də sığorta haqları azalmasına baxmayaraq ödənişlərin artması onun rentabelliyini aşağı salıb. Bununla belə zərərlilik əmsalı ümumilikdə qeydə alınan orta 58%-dən aşağıdır.

Bundan əlavə, sığorta şirkəti bazarda da mövqe itirməklə ümumi yığımlardakə payı 2.6%-dən 2.2%-ə düşüb.