USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

30.09.2025 Siyasət
0 0
Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

İş planına “Dövlət xidmətləri haqqında”, “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanun layihələrinin hazırlanması da daxil edilib.

Sənəddə həmçinin Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması da öz əksini tapıb.