USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftimiz ucuzlaşdı

13.11.2025 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,35 ABŞ dolları və ya 3,47% azalaraq, 65,43 dollar təşkil edib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,35 dollar və ya 3,58% ucuzlaşaraq 63,22 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,42 dollar və ya 4,57% azalaraq, 50,56 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,32 dollar və ya 3,61% azalaraq 62 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    AZIR indeksi uçot dərəcəsinə yaxınlaşıb - AMB

Digər xəbərlər

12.11.2025 İqtisadiyyat
Qızıl üçün ssenari yüksəlişlidir
0 0
07.11.2025 İqtisadiyyat
Çin iqtisadiyyatına təzyiq davam edir
0 0