USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda könüllü sığorta bazarı 13%-dən çox böyüyüb

24.12.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 1,034 milyard manat sığorta haqqı toplanılıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 121,5 milyon manat və ya 13,3% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 145 milyon manat və yaxud 25,5% artaraq 713,1 milyon manata çatıb.

Beləliklə, 11 ayda könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.