USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı Zəngəzur dəhlizi istiqamətində görülən işlərə dəstək verəcək? - RƏSMİ

26.01.2026 İqtisadiyyat
0 0
Bu gün Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormye ilə görüşdə ADY ilə DB arasında əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyətini müzakirə etdik.

Kommersant.az xəbər verir ki, bu fikirləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov sosial şəbəkədə paylaşıb.

Məlumatda qeyd edilib ki, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, Zəngəzur dəhlizi istiqamətində həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb.