USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank vasitəsilə ölkədən çıxarlan pulların həcmi 26.5 faiz artıb

30.01.2026 İqtisadiyyat
0 0
2025-ci ilin sonuna Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 288,5 min əməliyyat üzrə 162,3 milyon manat daxil olub.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü illə müqayisədə əməliyyatların sayı 4,9 min və ya 1,7% artıb, daxil olan vəsaitin həcmi isə 49 milyon manat və ya 43,2% artıb.

Hesabat dövründə bir əməliyyat üzrə orta köçürmə məbləği 562,6 manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 163,1 manat və ya 40,8% çoxdur.

Eyni zamanda, 2025-ci ilin sonuna banklardan xaricə sürətli pul köçürmə sistemləri vasitəsilə 103,6 min əməliyyat üzrə 47,7 milyon manat köçürülüb. 2024-cü illə müqayisədə əməliyyatların sayı 25,7 min və ya 19,9% azalıb, köçürülən vəsaitin həcmi isə 10 milyon manat və ya 26,5% artıb.

Banklardan xaricə bir əməliyyat üzrə orta köçürmə məbləği 460,3 manat olub ki, bu da 2024-cü illə müqayisədə 107,9 manat və ya 30,6% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin sonuna Azərbaycanda banklar və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 145 min vahid artaraq 21 milyon 980 min vahid təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5% artıb.