USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşçi sayı 1%, maaşlar isə 3% artıb - HESABAT

09.08.2018 İqtisadiyyat
0 0
İşçi sayı 1546,2 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 541,1 manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Hesabatda bildirilir ki, 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1546,2 min nəfər olub. Onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,0%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olurlar.

2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Əvvəlki

    "Rublun ucuzlaşması davam etsə Azərbaycan məhsulları..." - EKSPERT RƏYİ

Digər xəbərlər