USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərəblər Qəbələyə axışıb - QİYMƏTLƏR

24.08.2018 İqtisadiyyat
0 0
Qəbələ yerli turistlərlə yanaşı, əcnəbilərin də ən çox üz tutduğu məkanlar sırasındadır.

"Kommersant.az" xəbər verir ki, təkcə ötən il şəhərə 100 mindən çox turist gəlib. 1 turistin "Qafqaz Tufandağ Hotel", "Qafqaz Riverside Hotel", "Qafqaz Karvansaray Hotel", "Duyma Hotel", "Karvan Hotel", "Qafqaz Thermal & Spa Hotel", "Qafqaz Sport Hotel"ində standart otaqda gecələməsi 30-90 manata başa gəlir. Junuior suit otaqların qiyməti isə 80 manatdan başlayır.

"Qurban bayramı ilə əlaqədar Qəbələdəki hotel və istirahət mərkəzlərindəki yerlərin hamısı demək olar ki, tutulub".

Bunu "Kommersant.az"a açıqlamasında Qəbələ Turizm İnformasiya Mərkəzinin nümayəndəsi Anar Məhərrəmov bildirib. Onun sözlərinə görə, bayram günlərini rayonda keçirmək üçün müraciət edənlər arasında əcnəbi turistlər (ərəblər) çoxluq təşkil edib:

"Bayram öncəsi Qəbələ rayonundakı istirahət mərkəzlərində də sıxlıq müşahidə olunub. Oradakı yerlərin əksəriyyəti rezervasiya edilmişdi. 5 ulduzlu hotellərdə isə yerlərin hamısı 2-3 gün əvvəl tutulub. 3 ulduzlu, ulduzsuz hotellərdə yer tapmaq mümkündür. Doluluq səviyyəsindən asılı olaraq hotellərdə qiymətlər dəyişir. Ən ucuz hotel Qəbələ şəhərinin mərkəzində yerləşən "Karvan Hotel"idir. Orada 1 nəfərin istirahəti üçün 30 manat, 2 nəfər üçün isə 50 manat tələb olunur (səhər yeməyi də daxildir)".

Qəbələ Turizm İnformasiya Mərkəzinin nümayəndəsi eyni zamanda bildirdi ki, şəhərin kəndlərində ev kirayə edərək bayram keçirmək mümkündür:

"Elə villa var ki, 10 nəfər orada 1 gün qalmaq üçün 350 manat xərcləməlidir. Mülkdə hovuz varsa, qiymət avtomatik olaraq qalxır. 200 manata da villalar var. Əksəriyyəti "wi-fi"la təchiz olunub. Təqribən 50 manata 4 nəfərin qala biləcəyi evlər də var. Əlavə çarpayı qoyulanda isə orada 5-6 nəfərin də qalması mümkün olur".