USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Tikiş Evinin geyimləri vitrində qalıb

24.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanda Türkiyə istehsalı olan məktəbli geyimləri Bakı Tikiş Evinin geyimlərdən daha ucuz satılır.

"Kommersant.az" xəbər verir ki, qiymət fərqi 45%-dən başlayır və 2 dəfəyədək çatır. Məsələn, "İlin 5 fəsili" mağazasında Türkiyənin "Çetin" şirkətinin istehsalı olan məktəbli şalvarı 11 manata təklif edilir. "Ucuzluq" mağazasında isə yerli istehsal məktəbli şalvarı 15,60 manata sartışa qoyulub.

Türkiyədən idxal edilmiş köynəklər 6-10 manat civarında qiymətlərə satılır. Yerli istehsal məktəbli köynəkləri isə 13-15 manat civarındadır. Çin və digər ölkələrdən idxal olunmuş köynəklər də daha ucuzdur.

Lirənin Dollar və Manat qarşısında ucuzlaşması Türkiyə istehsalçılarına xarici bazarlarda endirimlər etməyə imkan verib. Əgər bir il əvvəl 1 Türk Lirəsi təxminən 50 qəpik təşkil edirdisə, bu gün 28 qəpikdir (Lirə Manat qarşısında 44% ucuzlaşıb).

(c) Marja