USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hüquqi şəxslərin elektron formada reyestri aparılacaq

03.09.2018 İqtisadiyyat
0 0
Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Nazirlikdən "Kommersant.az"-a verilən məlumata görə, bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən elektron formada reyestri aparılacaq. Reyestrin aparılması üçün müvafiq qayda və tələblər müəyyən ediləcək. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər. Onlar toplanılmış informasiyalara dair Məşğulluq Mərkəzləri ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini həyata keçirəcəklər.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərini pozan hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqları da yeni "Məşğulluq haqqında" Qanunda əksini tapıb.

  • Əvvəlki

    Banklarda dolların alış və satışı artıb - HESABAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0