USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əməliyyat sistemində "dəlik" aşkarlanıb

08.10.2018 İqtisadiyyat
0 0
"Apple"ın əməliyyat sistemində təhlükə aşkar olunub.

"Kommersant.az" xəbər verir ki, "macOS" əməliyyat sistemində faylların yoxlanması ilə bağlı aşkarlanan "dəlik" hakerlərə kompüterlərə asanlıqla hücum imkanı verə bilər. Tətbiq üzrə ekspert Tomas Rid bildirib ki, istifadəçi tərəfindən yüklənənlərdən fərqli olaraq, quraşdırılmış tətbiqlər təhlükəsizlik sistemi tərəfindən yoxlanılmır. Ekspertin fikrincə, belə olan təqdirdə hakerlər asanlıqla tətbiqi nəzarətə götürə bilərlər:

"Əksər tətbiqlərdə yoxlama aparılmır. Ona görə də mövcud problemdən çoxunun xəbəri yoxdur. Əməliyyat sistemindəki "dəlik" vasitəsilə mövcud proqramların əksəriyyətini təhlükə altına atmaq mümkündür".