USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin ən - ETİBARLI AVTOMOBİLLƏRİ

26.10.2018 İqtisadiyyat
0 0
2018-ci ilin ən etibarlı avtomobillərinin adları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, "Consumer Reports" analitik agentliyinin tərtib etdiyi reytinqə əsasən bu ilin ən etibarlı avtomobil brendi "Lexus"dur. Reytinq avtomobil həvəskarları arasında keçirilmiş sorğuya əsasən müəyyənləşib.

Ən etibarlı avtomobillərin reytinqində ilk yerdə "Lexus GX", ikinci və üçüncü yerlərdə isə "Toyota Prius C" və "Prius Prime" qərarlaşıb. Beşliyə "Mazda MX-5 Miata" və "Toyota Corolla" da düşüb. Avtomobil həvəskarlarının fikrincə, nisbətən rahat nəqliyyat vasitələri isə "Honda Odyssey", "Volkswagen Atlas" və "Buick Enclave"dır.

Ən etibarlı avtomobil istehsalçıları isə "Lexus", "Toyota" və "Mazda" seçilib. Ən etibarsız istehsalçılar sırasına "Tesla", "Cadillac" və "Volvo" daxil edilib.