USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook"dan - YENİLİK

26.10.2018 İqtisadiyyat
0 0
"Facebook"da musiqi kompozisiyalarını bölüşmək mümkün olacaq.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ilin əvvəlində bir neçə ölkədə xidmətin testi aparılacaq. Yeni funksiya sayəsində istifadəçi sevdiyi kompozisiyanı öz profilinə yerləşdirərək, səhifəsində paylaşa yaxud dostlarına göndərə biləcək. Məlumata əsasən, "Facebook" şirkəti bu məqsədlə "Apple Music" yaxud "Spotify"la danışıqlar aparacaq.

Qeyd edək ki, "Instagram" bir müddət əvvəl "Spotify"a inteqrasiya edib. İstifadəçilər yeni funksiya sayəsində xidmətin tətbiqindən bəyəndikləri musiqini seçərək, öz hekayələrində yerləşdirə bilirlər.