“Volkswagen” məhkəməyə verildi

03.11.2018 İqtisadiyyat
On min nəfərdən çox müştəri şirkəti məhkəməyə verdi.

"Kommersant.az" xəbər verir ki, illik dövriyyəsi 230 milyard avro olan Almaniyanın avtomobil nəhəngi "Volkswagen" dizel mühərrikli avtomobillərdə yaranan emissiya xətasına görə məhkəməyə verildi.

Məhkəməyə müraciət edənlərin sayı artıq on min nəfəri keçir. Qeyd edək ki, müştəriləri bir araya toplayan İstehlakçıları Qoruma Mərkəzləri Birliyi olub. Müştərilər dəyçiş zərərin qarşılığının verilməsini tələb edir.

Xatırladaq ki, sonuncu dəfə şirkət 2015 – ci ildə məhkəmədə məğlub olmuş və 16 milyard dollar təzminat ödəmişdi.