USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Robot insan ölümünə səbəb oldu

09.11.2018 İqtisadiyyat
0 0
Robot əməliyyat anında xəstənin aorta damarını zədələyib.

"Kommersant.az" xəbər verir ki, İngiltərədə robot köməkçiliyi ilə keçirilən ilk ürək qapaqcığı əməliyyatı insan ölümü ilə nəticələnib. Məsələ ilə bağlı günahkarlar müəyyənləşdirilməyib.

İddialar isə müxtəlifdir: belə ki, bəziləri cərrahın robotlarla iş təcrübəsinin azlığının, bəziləri idarəedicilərin əməliyyatı vaxtsız tərk etməsinin, digərləri isə ümumilikdə robotun ölümə səbəbiyyət verdiyini iddia edir.

Ölümə əsas səbəb isə əməliyyat anında robotun xəstənin aorta damarını zədələməsi olub.