USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mədəniyyətli olmalıyıq" - MİLLƏT VƏKİLİ

14.11.2018 İqtisadiyyat
0 0
Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib: "Mədəniyyətə diqqət artırılmalı və büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır. Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir".

Deputat bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil: "Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər".

  • Əvvəlki

    Azərbaycandan Çinə 50 milyon dollarlıq məhsul ixracı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0