2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub. İkinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Kommersant.az"-a verilən məlumata görə, ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.
Qrup
2018-ci il
III rüb
2018-ci il
I rübə nisbətən azalma
2018-ci il
II rübə nisbətən
azalma
I qrup
375
75,84%▼
36,87%▼
II qrup
1990
62,27%▼
18,38%▼
III qrup
696
51,93%▼
22,49%▼
SİMU
995
55,00%▼
11,71%▼
Cəmi
4056
61,32%▼
19,79%▼
Əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlər davam etdirilir. Xüsusilə də yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb.
Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.