USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu stansiyada yoldəyişən qurğular quraşdırılır

21.11.2018 İqtisadiyyat
0 0
Dəmiryolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

"Kommersant.az" xəbər verir ki,Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İDYM" MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaqki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildəquraşdırılıb. Ümumilikdə isə bu günə kimi 248 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Yevlax stansiyasının cüt boğazında 5 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.