Türkiyədə heç bir müəssisə işçilərin maaşını gecikdirə bilməyəcək.
"Kommersant.az" xəbər verir ki, Türkiyədə iş qanununa görə heç bir müəssisə işçisinin maaşını 20 gündən artıq gecikdirə bilməyəcək. Maaşını ala bilməyən işçi işdən öz istəyi ilə dərhal uzaqlaşa bilər. İşdən çıxarkən isə maaşıyla birgə təzminatını da bütünlüklə almalıdır.
Üstəlik gecikən maaşa ən yüksək depozit faizi tətbiq olunur. Onu da qeyd edək ki, heç bir iqtisadi çətinlik və maddi problem rəhbərə işçinin maaşını gecikdirmə haqqı vermir.