USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kompensasiya və birdəfəlik ödənişlər belə veriləcək - SƏRƏNCAM

25.11.2018 İqtisadiyyat
0 0
Azərbaycanda dövlət qulluqçularının rotasiyası mexanizmi yaradılacaq.

"Kommersant.az"-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 23 noyabr sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da əksini tapıb.

Sənəddə qeyd edilir ki, dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir.

Bununla əlaqədar Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmlərinin formalaşdırılmasına dair təkliflər hazırlamalıdır və 2020-ci ildə qanunvericilikdə rotasiyanın tətbiqi mexanizmləri müəyyən edilməlidir. Rotasiya olunan zaman yaşadığı regionu dəyişən dövlət qulluqçuları üçün kompensasiya və birdəfəlik ödəniş mexanizmlərinin tətbiqinə dair təkliflər də hazırlanmalı və artıq 2021-ci ildə dövlət qulluqçularının rotasiyası zamanı onların sosial müdafiəsinin gücləndirilməsi təmin edilməlidir.

Dövlət orqanlarının rəhbərləri tabeliklərində olan dövlət qulluqçularının, o cümlədən rəhbər vəzifəli dövlət qulluqçularının rotasiyasında maraqlı olmalı, dövlət orqanının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu alətdən qanunvericiliklə müəyyən edilmiş qaydada mütəmadi istifadə etməlidirlər.

  • Əvvəlki

    Ən az benzin yandıran avtomobillər - İNANILMAZ SİYAHI

Digər xəbərlər

20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0
17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0