USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərenerji” karyera sərgisinə 33 vakansiya çıxarıb

23.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Məzun Karyera sərgisi keçirilib.

"Kommersant.Az" xəbər verir ki, sərgidə bir sıra dövlət və özəl qurumlarla yanaşı "Azərenerji" ASC də iştirak edib.

Ali təhsil ocağı ilə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgiyə "Azərenerji" tərəfindən 33 vakant vəzifə çıxarılıb. Əsasən, Bakı, Abşeron, Gəncə, İsmayıllı və Balakən şəhər-rayonlarını əhatə edən "Kimya mühəndisi", "Yarımstansiya avadanlıqlarına xidmət üzrə mühəndis", "Hidrotexniki qurğulara nəzarət üzrə mühəndis", "Elektrik mühəndisi", "Energetika mühəndisi" ixtisaslarından ibarət vakant iş yerləri barədə sərgi iştirakçıları ətraflı şəkildə məlumatlandırılıb.

Səhmdar cəmiyyətin mütəxəssisləri tərəfindən gələcək karyerasını "Azərenerji" ASC-də qurmaq istəyi olan şəxslərə işə qəbul qaydaları ilə bağlı geniş izahat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sərgidə səhmdar cəmiyyət barədə ətraflı təsəvvür yaratmaq üçün "Tarixi inkişaf yolu", "Elektrik enerjisinin istehsalı imkanları", "Müasir ötürmə və idarəetmə sistemi" və "Strateji hədəflərə doğru" adlı çap məhsulları tələbə-məzunlara təqdim olunub.

  • Əvvəlki

    BFB-nin Listinq Məsləhət Proqramına daha biri qoşuldu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0