USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR dənizdəki yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır

30.05.2018 İqtisadiyyat
0 0
Azərbayan Dövlət Neft Şirkəti (SOCAR) "Dayazsulu Günəşli" və "Neft daşları" yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas" konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib.

O qeyd edib ki, hazırda "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalı 0,47, "Neft daşları" yatağında isə 0,45 təşkil edir: "İstismar müddətində "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalının 0,56-ya, "Neft daşları"nda isə 0,50-yə çatdırılması gözlənilir".

  • Əvvəlki

    Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarıldı

Digər xəbərlər