SOCAR-ın neft emalı zavodu 1,4 mln. ton məhsul ixrac edib

01.11.2019 Energetika
Bu ilin yanvar-avqust aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu 1,4 mln. tondan artıq neft məsulları ixrac edib.

"Kommersant.az"ın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, cari ilin ilk səkkiz ayında zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Məlumata əsasən, yanvar-avqust aylarında NEZ Türkiyənin daxili bazarına 383,6 min ton neft məhsulları yönəldib.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

  • Əvvəlki

    "AccessBank-ı əsas maliyyə tərəfdaşı kimi seçənlərin sayı artmaqdadır" - Anar Həsənov

Digər xəbərlər

08.11.2019 Energetika
"Azeri Light" nefti bahalaşıb
0 0
07.11.2019 Energetika
"Azeri Light" nefti ucuzlaşıb
0 0