4 il 6 ay öncə itkin düşən daha bir neftçinin meyiti tapıldı: Bu gün dəfn ediləcək

24.06.2020 Energetika
"May ayının 19-da Günəşli yatağında aşkar olunub, iyun ayında dənizdən çıxarılan iki cəsəddən birinin 2015-ci ildə SOCAR, 28 May adına NQÇİ-nin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsus olduğu dəqiqləşib. Cəsəd sabah mərhumun ailəsinə təhvil veriləcək".

"Kommersant.az" xəbər verir ki, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, "Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

bir müddət əvvəl itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.

  • Əvvəlki

    Bu klinika koronavirus testinin götürülməsini dayandırdı

Digər xəbərlər

07.08.2020 Energetika
Neft yenə ucuzlaşdı
0 0
06.08.2020 Energetika
Prezidentdən 3 milyonluq - SƏRƏNCAM
0 0
01.08.2020 Energetika
Azərbaycan nefti bahalaşır
0 0
29.07.2020 Energetika
TAP qaz kəməri tam birləşdirildi
0 0