USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın sutkalıq neft hasilatı 10 min bareli ötüb

24.05.2018 İqtisadiyyat
0 0
ABŞ-dakı starteji neft ehtiyyatlarından başqa, ticari ehtiyatlar gözlənilmədən 5,8 barreldən 438,1 barelə qədər artıb

"Kommersant.az" xəbər verir ki, analitiklər ehtiyatlarda 1,57 milyon barel azalma gözləyirdi. İlin bu dönəmində artım gözlənilməzdir.

Eyni zamanda ötən həftə ilə müqayisədə ölkədə bir gündə neft hasilatı 2 min barel artaraq, bir gün üçün 10 min 725 barelə çatıb. Burada neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barel təşkil edib.

Qeyd edək ki, investorlar OPEC razılaşması ilə əlaqədar xəbərlərə reaksiya verməyə davam edir. "Reuters" OPEC və neft sənayesindəki mənbəyə istinadən təşkilatın iyun ayında keçiriləcək iclasında neft istehsalının artırılması ilə bağlı qərar verilə biləcəyini deyib. Bu addım İran və Venesuella ətrafındakı risklərlə əlaqədar atıla bilər.

OPEC və təşkilata üzv olmayan ölkələr 2016-cı ildə Vyanada neft hasilatının 1,8 milyon barel azaldılması ilə bağlı qərar qəbul etmişdi. Razılaşma 2017-ci ilin əvvəlindən həyata keçirilməyə başlayıb və atıq 2 dəfə vaxtı uzadılıb.

  • Əvvəlki

    Fermerlərə azı 1000 manat kredit veriləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0