Oman neft ixracını azaldacaq

01.07.2020 Energetika
Oman neft hasilatını azaltmaq barədə OPEC+ çərçivəsində əldə edilmiş məlum razılaşmaya tam şəkildə əməl edərək bu ilin sentyabr ayında neft ixracının həcmini 10 faiz aşağı salacaq.

TASS xəbər verir ki, bu barədə ölkənin Neft və Qaz Nazirliyi neft alıcılarına açıqlama verib.

Nazirlik nümayəndəsi avqust – sentyabr ayları üçün hasilatın ixtisarı kvotalarının 161 min barel olduğunu, yəni hasilat həcminin 722 min barelədək aşağı salınacağını qeyd edib.

Xatırladaq ki, OPEC+ formatının iştirakçısı ölkələri arasında may ayının 1-dən qüvvəyə minən razılaşmaya görə may – iyul aylarında hasilatın həcmi 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, gələn ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək də 5,8 milyon barel azalmalıdır. Bununla belə, razılaşmanın şərtləri 2021-ci ilin dekabr ayında dəyişdirilə bilər.

report