Güclü külək ağacı qaz xəttinin üzərinə aşırdı

05.08.2019 Hadisə
Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

"Kommersant.az" xəbər verir ki, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.